Pedaqoji şura keçirildi

10.09.2025-ci il tarixində 2025-2026-cı tədris ili üzrə Pedaqoji Şura iclası keçirilib. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. İclası giriş sözü ilə açan məktəbin direktoru Sevinc Sadıqova xanım kollektivi salamlayaraq, yeni tədris ilinin başlanması münasibətilə kollektivi təbrik etdi. Yeni gələn müəllimləri kollektivə təqdim edib, uğurlar arzuladı. Daha sonra iclasın gündəliyinə daxil olan məsələlər elan edildi. 2025-2026-ci tədris ili üçün Elm və Təhsil nazirliyi tərəfindən göndərilən müvafiq əmr və təlimatlarla Pedaqoji heyət tanış oldu. Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik ili"elan edilməyini və ilk dərsin bu mövzuya həsr olunacağı bildirildi. Daha sonra şurada sinif komplektlərinin sayı, yay tədris tapşırığı alan şagirdlərin sinifdən-sinfə keçirilməsi vəziyyəti, keçən tədris ilinin yekunları və yeni tədris ilinində qarşıda duran vəzifələr, hədəflər  müzakirə edildi. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. Həmçinin, yeni tədris ilindən məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar tətbiq ediləcəyi, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılması nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi