Şanlı Azərbaycan

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoymuşdur. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmişdir.
Əsası ölməz liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müasir və müstəqil Azərbaycan Respublikası bu gün beynəlxalq aləmdə artıq böyük nüfuza malikdir. Bütün sahələrdə böyük inkişaf yolunu tutan və əzmlə addımlayan dövlətimiz öz şanlı tarixini- 28 May Respublika gününü hər il böyük bayram təntənəsilə qeyd edir. Bu tarixi bayram günü məktəbdə də hər il silsilə bayram tədbrləri ilə qeyd olunur.
Bu il də şanlı tariximiz müəllim və şagirdlər tərəfindən anılaraq qeyd olunur. Şagirdlər bir daha sübut etdilər ki, Vətən, dövlət sevgisi harada və hansı formada olmasından asılı olmayaraq, hər amaldan üstün və müqəddəsdir. 28 may Müstəqillik Günü münasibətilə məktəb kitabxanasında " Şanlı Azərbaycan" adlı debat təşkil edildi. Tədbirin təşkilində tarix müəllimi Musayeva Nazilənin əməyi olmuşdur.