2019/2020 - ci tədris ilinin ilk iclası

12 sentyabr 2019 - cu il tarixdə məktəbin Akt zalında 2019/2020 - ci tədris ilinin ilk Pedaqoji şura iclası keçirildi. Pedaqoji şurada məktəb rəhbərliyi və müəllimlər iştirak etdilər. Məktəbin direktoru Sevinc Hüseynova kollektivi yeni dərs ilinin başlaması münasibəti ilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzu etdi.

  Pedaqoji şura iclasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumi təhsil sahəsində 2018/2019 - cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrindən irəli gələn məsələlər müzakirə olundu.

  İclasda carı tədris ili üçün qarşıda duran vəzifələr, şagird kontingentinin komplektləşdirilməsi, dərsdənkənar və dərnək məşğələlərinin təşkili, dərs bölgüsü, fənn metodbirləşmələrinin təşkili haqqında kollektivə ümumi məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi