"Yaşıl dünya naminə" adlı yaşıllaşdırma işləri təşkil edildi

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

   18 aprel tarixində məktəbdə " Yaşıl dünya naminə" adlı yaşıllaşdırma işi ilə əlaqədar tədbir təşkil adildi. Tədbirdə məktəbimizin 6,8,9,10-cu sinif şagirdləri iştirak etdilər. Şagirdlər tullantı təkərlərdən gül dibşəkləri kimi istifadə etdilər. Onlar təkərləri müxtəlif rənglərdə rəngləyib rəngbərəng güllər əkdilər. Beləki 20 təkərdən və 72 güldən istifadə olundu.Yaşıllıq həm sağlamlıq həm də gözəllik mənbəyidir. Yaşıllığı qoruyaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi