My clothes (mənim geyimlərim) mövzusunda ingilis dili fənnindən açıq dərs keçirildi

Üç aprel tarixində məktəbin ingilis dili müəllimi Lətifova Badam tədris etdiyi fənndən açıq dərs keçdi. Açıq dərs 4"A" sinfində təşkil edildi. Dərsin mövzusu " My clothes" (mənim geyimlərim) idi. Müəllim dərsi çox maraqlı təşkil etmişdi. Belə ki, o, dərsdə slayt, öyrədici və əyləncəli videolardan, iş vərəqlərindən istifadə etdi. Müəllim Lətifova Badam bütün şagirdləri işə cəlb etdi.Şagirdlər dərsdə fəallıq göstərdilər, onlar həm öyrənib, həm də əyləndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi