Təhsil işçiləri arasında intellektual yarışma

  Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Oyun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunub.

  Yarışmanın əsas məqsədi təhsil işçilərinin müxtəlif sahələr üzrə bilik və bacarığını, dünyagörüşünü, intellektual səviyyəsini inkişaf  etdirməkdən ibarətdir.

  Bilik yarışında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təlimə Dəstək Mərkəzinin əməkdaşlarından, ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 32 komanda üç turda çempionluq uğrunda mübarizə aparıb. Hər turda 15 sual olmaqla, tədbir iştirakçılarına 45 sualla müraciət olunub.   

  Həmrəylik və əməkdaşlıq şəraitində keçirilən yarışda komandalar 6 nəfərdən təşkil olunub. Məktəbin direktoru Sevinc Hüseynova və tərbiyə işləri üzrə direktor müavini İlhamə Mirzəyeva da yarışa qatılan təhsil işçıləri sırasında idilər. Məktəbin nümayəndələri də qatılan komanda “Adekvat” adı ilə çıxış edib. Yarışma olduqca maraqlı, əyləncəli, eyni zamanda, sağlam rəqabət şəraitində başa çatıb.

  Dostluq, əməkdaşlıq, həmrəylik nümayiş etdirilən intellektual yarışmanın sonunda qaliblərin mükafatlandırılması da olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi