"Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" qeyd olundu

23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Bu gün 1995 ci ildə UNESCO  tərəfindən dünya şöhrətli söz ustaları Uilyam Şekspirin, Migel de Servantesin və İnka Qarsilaso dela Veqanın xatirəsinə ehtiram olaraq təsis edilib. 
Azərbaycanda bu əlamətdar tarixi gün 1997 ci ildən başlayaraq hər il qeyd edilir.
Hər il olduğu kimi, bu ildə məktəbimizin kitabxanasında "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə  həsr olunmuş tədbir keçirildi. Tədbirdə dil-ədəbiyyat müəllimi Məmmədova Nabat və 8b sinif şagirdlər iştirak etdi. Nabat müəllim şagirdlərə kitablar və onların müəllifləri haqqında maraqlı məlumatları verdi. 
Kitabxanaçılarda şagirdlərə məktəb kitabxanasından necə səmərəli istifadə edə biləcəklərini söylədilər. Sonra şagirdlər öz oxuduqları sevimli kitablarından məlumat verərək, şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi