İlaxır çərşənbə qeyd edildi

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl və ən əziz bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz 18 mart tarixində məktəbimizdə "Dəyərlərimizi qoruyaq "adı ilə özünəməxsus şəkildə qeyd olundu. Tədbirdə 5, 6 və 7-cicı sinif şagirdləri iştirak etdilər.Şagirdlər milli geyimlərdə baharı, Novruzu tərənnüm edən mahnılar oxuyub, şeirlər söyləyib, hakışdalar deyib, yallı getdilər. Onlar çıxışlarında Novruz adətlərini və xalq oyunlarını əks etdirdilər.