Dərs-ekskursiya " Bitki və heyvanların yaşayış mühiti"

Yer üzərində istilik və rütubətlənmənin müxtəlif olması bitki və heyvanlar aləminin də müxtəlifliyinə səbəb olur. Orqanizmlərin xarici mühitə uyğunlaşması bitkilərin istiliyə, günəş işığına, rütubətə tələbatında, enli, iynə və ya codyarpaqlı, tikanlı olmasında, kök sisteminin inkişafında özünü göstərir. Heyvanlar dərisinin rənginə, dərialtı piy qatına, qidalanmasına, həyat tərzinə görə fərqlənir və yaşadığı mühitə uyğunlaşırlar.

Təhsil alanların fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiya formasını dəyərləndirmək üçün həyat bilgisi, biologiya, coğrafiya fənlərinin müvafiq bölmə və mövzularının dərs-ekskursiya formasında təşkil edildi. Belə ki, məktəbin coğrafiya müəllimi Hüseynova Sevinc və biologiya müəllimi Muxtarova Nailə 8"A" sinif şagirdlərinə Bakı Zoologiya Parkında "Bitki və heyvanların yaşayış mühiti" mövzusunda dərs- ekskursiya təşkil etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi