Azad ölkənin azad fidanları

Bir iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir. Bu günü məktəbimizin ibtidai sinif şagirdləri də böyük həvəslə qeyd etdilər.

  Ümummilli liderimiz, uşaqların sevimli babası Ulu öndər Heydər Əliyev uşaqlara həmişə diqqət və qayğı göstərmiş, onların sağlam və milli ruhda böyüməsi üçün əlindən gələni əsirgəməmişdir. O, demişdir: " Uşaq ağacın kövrək budağına bənzər, onu qayğı ilə qorumaq və yetkinliyə qədər əzizləmək, müdafiə etmək lazımdır ki, sınmasın, əzilməsin, qurumasın.

  Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir. Onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Təəssüf olsun ki, dünyada baş verən müharibələrdə ən çox zərbə altında qalan uşaqlar olur. Səmamız aydın, dünya sülh və əminamanlıq içində olsun! Müharibələr olmasın. Qoy bütün dünya uşaqların gülüşləri ilə bəzənsin! Uşaqların Müdafiəsi Günü münasibətilə məktəbin kitabxanasında "Azad ölkəmin, azad fidanları" başlığı altında tədbir keçirildi. Tədbirin keçirilməsində ibtidai sinif müəllimi Rüstəmova Mətanət, kitabxana müdiri Süleymanova Əsmər və kitabxanaçı Nuriyeva Vüsalənin xüsusi əməyi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi