"Erkən nigah və narkomaniyaya yox deyək" adlı maarifləndirici tədbir keçirildi

29 mart tarixində məktəbdə günümüzün aktual problemi olan narkomaniya, zərərli vərdişlər və erkən nigahların fəsadlarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

    Nizami Rayon Polis İdarəsinin birgə əməkdaşlığı ilə keçirilən “Erkən nigah və narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbirdə Nizami RPİ-nin rəis müavini polis polkovnik-leytenantı Zaur İsayev, Nizami RPİ-nin 23-cü polis bölməsinin rəisi polis polkovnik-leytenantı Xəyal Şükürov, Nizami Rayon Veteranlar Şurasının sədri Nazim Knyazov, Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Hikmət Aslanov və digər əməkdaşlar, eyni zamanda, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Mirzəyeva İlhamə və təşkilatçı Abbasova Aynur çıxışlarında narkomaniya və zərərli vərdişlərin fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumatlar verib, yeniyetmə gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Tədbirdə 9,10,11-ci sinif şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi