Novruz adət-ənənələrini əks etdirən kinofilmin nümayişi təşkil edildi

  Azərbaycanda ilin başlanmasının - yazın gəlməsinin bayram kimi qeyd edilməsi qədim bir tarixə malikdir. Xalqımız baharın gəlişini Novruz bayramı ilə qeyd edir.

Novruz bayramının özünəməxsus adətləri vardır ki, xalqımız uzun illərdir bu adətləri yaşadır, unudulmağa qoymur. Bu adətlərə misal olaraq, "Torba atmaq", "Qulaq falına çıxmaq", "Tonqaldan tullanmaq", "Üzük falına baxmaq", "Səməni yetişdirmək", "Yumurta döyüşdürmək", "Yaşlıları ziyarət etmək", "Şam yandırmaq","Küsülülərin barışması", "Yallı getmək", "Xoruz döyüşdürmək" və.s misal göstərmək olar.

  Gələcək nəslin nümayəndələrini Novruz adətləri ilə tanış etmək məqsədilə 13  mart tarixində məktəbin akt zalında Riyaziyyat və informatika müəllimi Nəsibova Lətafətin dəstəyi ilə məktəbin şagirdlərinə" Novruz adətləri" sənədli filmi nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi