Məktəbin İnkişaf Planı təqdim edildi
25 aprel tarixində Məktəbin İnkişaf Planı Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları tərəfindən məktəb heyətinə təqdim edildi. Görüşdə ARTİ əməkdaşları ilə yanaşı, məktəb rəhbərliyi və metodbirləşmə sədrləri iştirak etdilər. Məktəbin İnkişaf Planı ARTİ və məktəb əməkdaşlarının birgə əməkdaşlığı ilə hazırlanmışdır. MİP-in hazırlanmasında əsas məqsəd TKTA tərəfindən cari tədris ilində məktəbdə aparılmış inspeksiya hesabatında öz əksini tapan çatışmazlıqların aradan qaldırılmasıdır. TKTA-nın hesabatında qiymətləndirilimiş bütün istiqamətlər ümumiləşdirilmiş və nəticəyə uyğun olaraq məktəbin inkişaf strategiyası hazırlanmışdır.
MİP-də nəzərdə tutulmuş strategiyalar 3 tədris ilini əhatə etməklə qruplaşdırılmışdır.
2022/2023-cü tədris ili üzrə müəllimlərin, məktəb rəhbərliyinin peşəkar inkişafı və məktəbin idarə olunması, 2023/2024-cü tədris ili üzrə dəstəkləyici mühit və fənnin tədrisi ilə bağlı komponentlərin tətbiqi, 2024/2025-ci tədris ili üzrə şagird nailiyyəti istiqamətləri planlaşdırılmışdır.
MİP-də əksini tapan istiqamətlər görüşdə müzakirə olundu.