Milli xalq oyunları keçirildi

İbtidai insanların formalaşmasında oyunlar əvəzedilməz rol oynayıb.
Tarix boyu Azərbaycanın xalq oyunları müəyyən qanunauyğunluqlar əsasında inkişaf edib. Qədim yazılı mənbələrə əsaslanıb deyə bilərik ki,Azərbaycanda qədim zamanlardan çevik fiziki hərəkətlərlə zəngin olan idman oyunları ilə məşğul olublar. Bu oyunlar bu gün də bayramlarımıza yaraşıq verir.
14 mart tarixində məktəbin fiziki tərbiyə müəllimi Şirinov Vaqif 8-ci sinif şagirdləri ilə Azərbaycan xalq oyunları olan "Dirədöymə", "Xoruz döyüşü", " Dəsmalatdı oyunu" və.s oyunlar nümayiş etdirdilər.