Ulu Öndər Heydər Əliyevin həyatı gənclərə örnəkdir

12 dekabrda məktəbdə “Ulu Öndər Heydər Əliyevin həyatı gəncliyə örnəkdir” adlı akademik seminar təşkil olunub. Seminar “Kiçik Akademiya” üzvlərinin iştirakı ilə keçirilib. Məktəbin tarix müəllimi N.Musayeva seminarda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman ehtiramla yad edir. ​ Təlim-tərbiyə işləri üzrə direktor müavini İlhamə Mirzəyeva, "Kiçik Akademiya"nın rəhbəri Yeganə Abdulkərimova, fəal üzvü XI”B” sinif şagirdi S.Hüseynzadənin çıxışlarında qeyd olunub ki, bu gün gənclərə ən gözəl örnək Ümummilli Liderimiz Heydər Əliyevin həyatıdır. Diskussiya şəklində keçən seminarda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sonda vurğulanıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Xalqını dərin məhəbbətlə sevən, müstəqilliyimizin qurucusu Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyub. Üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi