“Kiçik Akademiya”nın iclası

2022-2023-cü tədris ilində “Kiçik Akademiya” nın ilk iclası keçirilib. İclasın məqsədi yeni tədris ilində görüləcək işləri müəyyənləşdirməkdən ibarət olub. İlk əvvəl “Kiçik Akademiya”nın tərkibi müəyyənləşdirilib. “Kiçik Akademiya”nın əksər üzvləri ötən tədris ilində məzun olduğu üçün yeni şagirdlərin üzvlüyü verilib və qəbul edilib. “Kiçik Akademiya” fəaliyyətini cari tədris ilində də “Humanitar” və “Texniki” olmaqla iki istiqamətdə aparır. Humanitar bölmənin şagirdləri məktəbin yerləşdıyi ərazidə- Keşlə qəsəbəsində XVI əsrə aid olan Şah Abbas məscidinin tarixi haqqında araşdırmalar aparmağa qərar veriblər. Onlar hazırlayacaqları referatları ingilis dilinə də tərcümə edərək, sosial şəbəkələrdə yaymaqla, tarixi abidəni daha da çox insana tanıtdırmaq arzusundadırlar. Texniki bölmənin şagirdləri sosial layihə üzərində işləməyə qərar veriblər. Şagirdlər plastik tullantıların təbiətə verdiyi zərərləri araşdırmaq və bu zərərləri minimuma endirməyin yollarını tapmağa çalışacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi