"Kiçik Akademiya"nın fəaliyyəti

Məktəbimizdə “Kiçik Akademiya” 2019/2020-ci tədris ilindən 2 bölmə: humanitar və texniki bölmələr üzrə fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın yaradılmasında məqsəd VIII-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarətdir. “Kiçik Akademiya”nın üzvləri xüsusi istedad və bacarıqları ilə yanaşı, məktəbdə nümunəvi davranışları ilə də seçilirlər. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini M.İlhamə, fizika müəllimi A.Yeganə, biologiya müəllimi Ə.Leyla, kimya müəllimi N.Zöhrə, tarix müəllimi M.Nazilə ilə birgə şagirdlər arasında elmi dünyagörüşü ilə fərqlənən, tədqiqatçılıq qabiliyyəti olan şagirdləri seçərək, il ərzində “Kiçik Akademiya” ya cəlb etmiş, onlara müxtəlif humanitar və texniki bölmələr üzrə müvafiq tapşırıqlar, elmi-tətqiqat işləri verməklə onların qabiliyyətinin formalaşmasına çalışmışlar. Tədris ilinin əvvəlində müvafiq fəaliyyət planı hazırlanmış və xüsusi istedadlı şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə elmi tədqiqatçılıq fəaliyyətinə cəlb edilmişlər. Cari tədris ilində “Kiçik Akademiya”nın fəaliyyəti əsasən, Qarabağ istiqamətində quruldu. Humanitar bölməyə Qarabağın tarixi-mədəni abidələrinin araşdırılması və tanıdılması, texniki bölməyə isə Kəlbəcərdə yerləşən müalicəvi İstisunun kimyəvi tərkibi, insan orqanizminə olan faydaları haqqında araşdırmalar həvalə edilmişdir. Texniki bölmənin bir qrupu isə Kəlbəcərdə yerləşən qızıl yataqları və yeraltı süxurlar haqqında araşdırmalar aparmışlar. Təqdimat və araşdırmalar ixtisas müəllimləri tərəfindən dinlənilmiş, qaliblər mükafatlandırılmışdır. Kiçik Akademiyanın prezidenti 10 “B” sinif şagirdi Hüseynzadə Sevinc müxtəlif layihələrə qatılaraq, aktiv iştirak edir, üzvləri də həmin layihələrə cəlb edir. Müxtəlif intellektual yarışlarda, viktorinalarda, layihələrdə iştirak edirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi