"Kiçik Akademiya"nın fəaliyyəti

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil nazirinin 21.01.2008-ci il tarixli “Kiçik Akademiya”ların təşkili barədə 63 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbimizdə 2020-ci il tarixdən “Kiçik Akademiya” yaradıldı. “Kiçik Akademiya” nın ən ümdə vəzifəsi fəaliyyəti dövründə istedadlı uşaqları aşkarlamaq, onlarda tədqiqatçılıq və yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir. Kiçik Akademiya 2 bölmə: humanitar və texniki bölmələr üzrə fəaliyyətə başlayıb. Kiçik Akademiyanın ilk iclasında üzvlərin seçimi ilə prezidenti 9 “B” sinif şagirdi Hüseynzadə Sevinc, I vitse-prezidenti 10 “B” sinif şagirdi Əlizadə Xəyal, II vitse-prezidenti isə 9”B” sinif şagirdi Alıyeva Səkinə seçilib. Digər üzvlər də məktəbin müxtəlif siniflərindən olan istedadlı şagirdləridir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi