Nailiyyətlərimiz

Mini Futbol üzrə turnirGənclər və İdman Nazirliyi Suraxanı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 8 noyabr- “Zəfər Günü”nə həsr olunmuş tam orta məktəb şagirdlərindən ibarət komandalar arasında keçirilmiş mini futbol üzrə turnirdə 226№-li tam orta məktəbin futbol komandası da iştirak etdi.  Komandanın rəhbəri fiziki tərbiyə müəllimi Baxışov İlham idi. Məktəbimizin komandası 12 komanda arasında III yer tutaraq diplomlarla təltif olundu.  Komandanı məktəbin direktoru Arzu Məmmədova təbrik edərək gələcək yarışmalarda  uğurlar arzuladı.

"Mənim gündəliyim" adlı müsabiqə Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı kitabxanada “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi keçirilmişdi.  Müsabiqədə şagirdlərimiz böyük həvəslə və maraqla iştirak etmişdilər. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iştirakçı sertifikatına laiq görülmüşdülər. Qalib şagirdlərə Bakı şəhəri Təhsil idarəsi tərəfindən təşəkkürnamələr təqdim edildi.  

Şagirdimizin nailiyyətiOktyabr ayının 16-da Yunan-Roma güləş idman növü üzrə U-15 yaş qrupu arasında Rasul Çunayev idman klubunun açıq birinciliyi keçirildi. Yarışda məktəbin 8 b sinif şagirdi Şiriyev Rza 42 kq çəki dərəcəsində mübarizə apararaq I yer tutmuşdur. Qalib medal və diplomla təltif olunmuşdur Şagirdimizi təbrik edir, onlara uğurlar arzulayırıq.

HAQQIMIZDA

Suraxanı rayonu 226 nömrəli  tam orta məktəb 1964-cü ildən fəaliyyət göstərir. Ərazisi  8000 kv.m,  ümumi sahəsi isə 4456 kv.m-dir.  Bina üç mərtəbədən ibarətdir və tutumu 960 şagird &uum...

BİZİM FƏXRLƏRİMİZ

Gülarə Şıxəliyeva Elçin

Ibrahim Məmmədov Camal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi