Nailiyyətlərimiz

HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ "VOLEYBOL" YARIŞI KEÇİRİLDİAprel ayının 6-da X və XI sinif şagirdləri arasında arasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Voleybol” yarışı keçirildi. Yarış 3 mərhələdən ibarət idi. Yarışın qalibi XI b sinif şagirdləri, II yerin qalibi isə X c sinif şagirdləri oldu.

Əlizadə Fatimənin uğuruSuraxanı Rayon məktəblilər arasında təşkil olunmuş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən “ Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsində 10-luğa düşən VII a sinif şagirdi Əlizadə Fatimə Ramiz qızı bu mərhələni də uğurla keçərək şəhər turuna vəsiqə qazanmışdır. Növbəti şəhər turunda Fatimə məktəbimizi təmsil edəcəkdir. Fatimənin elmi rəhbəri olan məktəbimizin tarix müəllimi Təranə müəlliməyə təşəkkür edirik, Fatiməyə isə uğurlar arzulayırıq. İnaniriq ki, Fatimə bu mərhələdə də uğur qazanacaqdır. Müsabiqəni təşkil edən Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.

Hüseynli İlkinin uğuruMəktəbin VIII a sinif şagirdi Hüseynli İlkin mart ayının 28-də Balakəndə keçirilən Respublika birinciliyində boks idman növü üzrə keçirilən yarışmada iştirak etmiş və uğurlu nəticə göstərərək I yerin qalibi olmuşdur. Şagirdimizi təbrik edir və uğurlar arzulayırıq.

HAQQIMIZDA

Suraxanı rayonu 226 nömrəli  tam orta məktəb 1964-cü ildən fəaliyyət göstərir. Ərazisi  8000 kv.m,  ümumi sahəsi isə 4456 kv.m-dir.  Bina üç mərtəbədən ibarətdir və tutumu 960 şagird &uum...

BİZİM FƏXRLƏRİMİZ

Nərgiz Umudova Məmmədağa

Əsmər Allahverdiyeva Yaşar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi