Nailiyyətlərimiz

MİNİ FUTBOL ÜZRƏ TURNİR KEÇİRİLDİAprel ayının 20–də Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi Məmmədov Əlihüseyn Elşad oğlunun əziz xatirəsinə həsr olunmuş 6-7 sinif şagirdlərindən ibarət komandalar arasında mini futbol idman növü üzrə turnir təşkil edildi. Turnirdə məktəbimizin futbol komandası da iştirak etdi. Turnirdə Suraxanı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rəşid Heydərov, şəhidin anası, məktəbimizin direktoru Arzu Məmmədova və 327 saylı tam orta məktəbin direktoru Könül Əliyeva iştirak edən komandaları salamlayaraq uğurlar arzuladılar. Şəhidin anası Arzu xanım şəhid oğlu haqqında geniş məlumat verərək Əlihüseynin vətənini və bayrağını necə sevdiyi barədə və keçdiyi döyüş yollarından, etdiyi qəhrəmanlıqlardan iştirakçılara məlumat verdi. Maraqlı və gərgin keçən turnirdə 1 ci yer 114 nömrəli tam orta məktəb. 2 ci yer 87 nömrəli tam orta məktəb. 3 cü yer 226 nömrəli tam orta məktəbin komandaları qalib adını qazandılar. Qaliblər Suraxanı rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif dərəcəli diplomlar və kuboklarla təltif olundular. Vətən müharibəsi şəhidi Məmmədov Əlihüseyn Elşad oğlunun xatirəsinə təşkil olunmuş yarışa görə Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinə məktəbimizin kollektivi adından təşəkkürümüzü bildiririk və şəhidlərin xatirəsini dərin ehtiramla yad etdiklərinə görə minnətdarıq.

Kikboksinq kubokunda 1ci yerHeydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Kikboksinq Kubokunda 11-12 yaş qrupunda 36 kq çəki kateqoriyasında məktəbin V a sinif şagirdi İsmayılov Vaqif Tahir oğlu yarışda I yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.

Şagirdlərimizin nailiyyətləri30 aprel 2023-cü il tarixində keçirilən məktəblilərarası fənn müsabiqəsinin rayon(şəhər) turunda məktəbimizin VI a sinif şagirdləri Abdullayev Abdunicat, Məcidova Həcər və Kazimov Xanlar uğur qazanaraq yarımfinal turuna vəsiqə qazandılar. Məktəb rəhbərliyi uğur qazanan hər bir şagirdi təşəkkürnamə ilə təltif edərək onlara uğurlar arzuladı və 20.05.2023-cü ildə keçiriləcək II mərhələdə uğurlar qazanmaq tövsiyə olundu.

HAQQIMIZDA

Suraxanı rayonu 226 nömrəli  tam orta məktəb 1964-cü ildən fəaliyyət göstərir. Ərazisi  8000 kv.m,  ümumi sahəsi isə 4456 kv.m-dir.  Bina üç mərtəbədən ibarətdir və tutumu 960 şagird &uum...

BİZİM FƏXRLƏRİMİZ

Nasir Mövlamov Həbib

Çinarə Əzimli Nazim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi