Nailiyyətlərimiz

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİAprelin 5-də Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məqalə-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, RİHBA-nın şöbə müdirləri, rayonun təhsil müəsissələrinin rəhbərləri, məktəblilər iştirak etdilər. Konfrans iştirakçıları Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkındakı abidəsini ziyarət edərək, gül dəstələri qoydular. Konfrans Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Dövlət Himni səsləndirildi.Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova çıxışında Azərbaycan tarixinin və Ulu Öndərin zəngin irsinin şagirdlər tərəfindən daha dərindən mənimsənilməsində müsabiqənin xüsusi əhəmiyyətindən danışdı. Eyni zamanda bu il 36 məktəbin iştirakı ilə 1-10 mart 2023-cü il tarixlərində yekunlaşdığını, 100-ə yaxın şagirdin rayon müsabiqəsinə keçmək üçün seçim mərhələsinə vəsiqə qazandığını söylədi. Sonda referat müsabiqəsinin rayon mərhələsinin fərqlənən şagirdlərimiz – 226 №-li tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyevanın şagirdi, elmi rəhbəri olduğu VII A sinif şagirdi Əlizadə Fatimə “Azərbaycan mədəniyyəti XX əsrin əvvəllərində”, məktəbin digər tarix müəllimi Həmzə Məmmədovun elmi rəhbəri olduğu X a sinif şagirdi Tuqay Məmmədov “Azərbaycan mədəniyyəti XX əsrin əvvəllərində” rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təltif olunaraq, mükafatlandırıldılar. Təbrik edirik!

Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsiSuraxanı Rayon məktəblilər arasında təşkil olunmuş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən “ Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsində 10-luğa düşən VII a sinif şagirdi Əlizadə Fatimə Ramiz qızı bu mərhələni də uğurla keçərək şəhər turuna vəsiqə qazanmışdır. Növbəti şəhər turunda Fatimə məktəbimizi təmsil edəcəkdir. Fatimənin elmi rəhbəri olan məktəbimizin tarix müəllimi Təranə müəlliməyə təşəkkür edirik, Fatiməyə isə uğurlar arzulayırıq. İnaniriq ki, Fatimə bu mərhələdə də uğur qazanacaqdır. Müsabiqəni təşkil edən Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.

Şagirdimizin nailiyyətiGənclər və İdman nazirliyinin təşkilatçılığı ilə “Neftçi İdman klubu” İ.B. boks idman növü üzrə Azərbaycan birinciliyi yarışmasında 66 kq çəki üzrə məktəbin 10 a sinif şagirdi Abbasov Rövşən bu yarışın III yerin qalibi oldu. Boks Federasiyası tərəfindən medal və diplomla təltif olundu. Məktəbin direktoru A.Məmmədova qalib A.Rövşənə böyük uğurlara imza atmağı arzuladı.

HAQQIMIZDA

Suraxanı rayonu 226 nömrəli  tam orta məktəb 1964-cü ildən fəaliyyət göstərir. Ərazisi  8000 kv.m,  ümumi sahəsi isə 4456 kv.m-dir.  Bina üç mərtəbədən ibarətdir və tutumu 960 şagird &uum...

BİZİM FƏXRLƏRİMİZ

Gülarə Şıxəliyeva Elçin

Əlişram Ələkpərov Vidadi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi