Məktəbəhazırlıq qruplarında ilk dərs günü başladı

   1 oktyabr 2018-ci il tarixindən artıq məktəbəhazırlıq qrupları fəaliyyətə başladı. Məktəbimizdə hər qrupda 26 uşaq olmaqla üçi məktəbəqədər hazırlıq qrupu açıldı. 5 yaşlı şagirdlərimiz həm həyəcan, həm sevinclə ilk dəfə məktəbə qədəm qoydular. Uşaqların üzündə sevinc hissi, məktəbə, müəllimə qarşı maraq hissi öz əksini tapmışdı. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı" “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Məktəbin direktoru Qardaşxan Səlmov məktəbə ilk qədəm qoyan balaları və onların valideynlərini təbrik edib uğurlar arzuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi