Şəhid Səbuhi Orucovun xatirəsi yad edildi.

   
    Müzəffər Azərbaycan Ordusunda xidmət edən Səbuhi Orucov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində döyüşən igid oğullardan biridir. O, Cəbrayılın, Qubadlının və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərərək, əzəli torpaqlarımızın erməni işğalından azad olunmasında iştirak edib.​​​​​​​​​​​Oktyabrın 27-də Laçın uğrunda gedən döyüşlərdə Səbuhi Orucov şəhid olub. Şəhadətə ucalan Səbuhi Orucovun xatirəsi anım günündə yad edildi. Belə ki, məktəbimizin ibtidai sinif müəllimi Rəna Qarayeva və IV B sinif şagirdləri cəsur döyüşçünün valideynlərini ziyarət etdilər. Şəhid anası Narınc Orucova şagirdlərə oğlunun qəhrəmanlığı, hərbidə qazandığı uğurlar haqqında məlumat verdi. ​​​Rəna Qarayeva şəhidlər haqqında danışaraq, Səbuhi Orucov kimi oğullarla qürur duyduğunu söylədi. Həmin gün şagirdlər Səbuhi Orucova, Vətənə, şəhidlərə, həsr olunan şeirlər söylədilər. ​​​​​​​​​Sonda şagirdlər igid döyüşçü Səbuhi Orucovun adına bulaq kompleksinin qarşısına gül qoyaraq, xatirə şəkli çəkdirdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi