Novruz Bayramı

      Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Bu bayram sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan - başa ruh yüksəkliyi, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz  adətlərində ulu babalarımızın müdrik dünya görüşü, həlim, qayğıkeş təbiəti özünü göstərir.
    Bu gün kitabxana müdiri Könül Cəfərova və ibtidai sinif müəllimi Sevinc Əliyeva tərəfindən ilaxır torpaq çərşənbəsi qeyd edildi. Kitabxana  müdiri Novruz adət-ənənələri haqqında şagirdlərə  məlumat verdi. Sonra şagirdlər bayramın tarixi haqqında danışdılar, tapmacalar, atalar  sözləri, şeirlər söylədilər. Adət-ənənələrə görə yumurta döyüşdürdülər, əyləncəli oyunlar oynadılar. Uduzanlar kimi oynadı,kimi şeir dedi,kimi də rəqs etdilər.

    Məqsədimiz şagirdlərə elimizin adət ənənələrini  qoruyub saxlamağı aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi