Hacı Qəni Camalzadə ilə görüş

        17 aprel Əmircan qəsəbə Mədəniyyət evində Azərbaycanda və başqa ölkələrdə hekayələr və romanlar müəllifi, ziyalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist,
I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirildi. Görüşdə 226 №-li tam orta məktəbin kitabxana müdiri Könül Cəfərova və 7 a sinif şagirdləri də iştirak etdilər.

        Görüşün fəxri qonaqları yazıçının qələm dostlarından şair-publisist Ağacəfər Həsənli, şair-publisist Şahin Həmidli, şair Adil Zeynallı yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər.

        Yazıçı Hacı Qəni Camalzadənin "Şeytana daş atanlar" romanı haqqında verilən məlumatlar gənc oxucuların marağına səbəb oldu.

        Daha sonra məktəbimizin şagirdləri yazıçıya onları maraqlandıran suallar ünvanladılar. Yazıçı - publisist Hacı Camal Qənizadə şagirdlərin suallarına təmkinlə  cavab verdi və fikir mübadiləsi apardı.  Sonra yazmaq istədiyi əsərlər və hekayələr  haqqında oxuculara ətraflı məlumatlar verdi. Görüş maraqlı sual-cavab formasında davam etdirildi.

        Görüşün sonunda qonaqlar və tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər. Yazıçı -publisist Hacı Qəni Camalzadə seçilmiş əsərlərindən olan "Şeytana daş atanlar" adlı kitabını məktəbimizə,"Sonuncu yeznə"adlı kitabını isə məktəbimizin 7 a sinif şagirdi İskəndərli Zəhraya hədiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi