Bayrağımı qaldıracam

    14 aprel 2024-cü il tarixində Hövsan Olimpiya İdman Kompleksində  Azərbaycan Kikboksinq Federasiyasının Gənclər, yeniyetmələr və kadetlər arası Bakı şəhər birinciliyi üzrə yarış keçirilmişdir. 66 komandanı təmsil edən 870 idmançının qatıldığı yarışda məktəbimizin 6-cı sinif şagirdi 2011-ci il təvəllüdlü 32 kq çəki dərəcəsi üzrə Məmiyev İlhan Fuad oğlu Bakı şəhəri üzrə 1-ci yer qazanmışdır.

    Məktəbin direktoru Arzu Məmmədova yarışda iştirak etmiş, İlhanın medalını özü təqdim etmişdir. Şagirdimizi təbrik edir, gələcək yarışlarında uğurlar arzulayırıq. 

     Onu da qeyd edim ki, İlhan Leyla xanım Əliyeva ilə görüşdə ona dünya çempionu olub, Azərbaycan bayrağını qaldıracağına söz verib. Yeniyetmə idmançı məqsədinə doğru irəliləyir. İnanırıq ki, o dediyi sözü tutacaq. 

      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi