Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş seminar

    

  Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili " elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. 

    Bu plana əsasən 9 aprel 2024-cü il tarixində məktəbin biologiya müəllimi Heydərova Nigar 9ç və 6c sinif şagirdləri ilə "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar "Təbiəti qoruyaq " mövzusunda seminar keçirdi. 

    Şagirdlər ekoloji problemlər, onların aradan qaldırılması haqqında çıxışlar etdilər. Şagirdlər öz çıxışlarında Xəzər dənizinin çirklənməsi , onun suyunun azalması, tullantısız texnologiya, tullantıların təkrar emalı haqqında öz fikirlərini bildirdilər. Mövzu ilə bağlı hazırladıqları təqdimatları nümayiş etdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi