Ətraf mühitin qorunması haqqında Azərbaycan şair və mütəfəkkirlərinin fikirləri

    

    Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili " elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. 

    Bu plana əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nisə Alıyevanın təşkilatçilığı ilə dəyirmi masa keçirildi. Dəyirmi masa dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğinə həsr edildi

    Tədbirdə 7c sinif şagirdləri tərəfindən mövzu ilə bağlı çıxışlar edildi, şeirlər söylənildi. Dəyirmi masada məktəbin təşkilatçısı Məmmədova Fəridə və  məktəbin UBR - i Sahilə Həsənova iştirak edirdi. Sonda mövzu ilə bağlı şagirdlərin hazırladığı videoçarx izlənildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi