Mühazirə keçirildi

      Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bu bölgə Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Bəzi məlumatlara görə, "Qarabağ" anlayışı VII əsrdən etibarən işlənməyə başlanmış, XII əsrdən etibarən isə geniş yayılmışdı. "Qarabağ" "qara" və "bağ" türk-Azərbaycan sözlərinin birləşməsindən əmələ gəlmişdir ("qara" sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı, "böyük", "qalın", "sıx" mənasında da işlənir). Tədqiqatçılar "Qarabağ"ın "böyük bağ", "səfalı bağ" mənasında işlədildiyini də bildirirlər. Bəzi mənbələrdə Qarabağın dağlıq hissəsi "Arsax" adlandırılır. Etimoloji araşdırmalar göstərir ki, "Arsax" sözü də Qarabağın qədim türk etnoslarından biri olan saklarla bağlıdır. "Arsax" "ər" və "sak" sözlərinin birləşməsi ("sak əri") kimi də izah olunur. Qarabağ təkcə Azərbaycanın deyil, eləcə də bütün dünyanın ən qədim tarixə malik diyarlarındandır.

    Məktəbin fəaliyyət planına əsasən bu gün məktəbimizin tarix müəllimi Həmzə Məmmədov 6b, 6c və 8c sinif şagirdləri ilə "Qarabağ dünənimiz və bu günümüz" adlı mühazirə keçirdi. Qarabaöımızın tarixi şəxsiyyətləri, coğrafiyası haqqında uşaqlara geniş məlumat verdi. 

       

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi