Anamın sözləri

    Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Alıyeva Nisə tərəfindən  7 c sinfində Fikrət Qocanın "Anamın sözləri"  mövzusu geniş şəkildə təqdim  edildi. Dərsdə məktəbin Təlim və tərbiyə üzrə  direktor müavini R. Ağayeva və kitabxana müdiri K. Cəfərova iştirak etdilər. Dərs zamanı "Ana" musiqisi səsləndirildi, C. Cabbarlının "Ana" şeiri qiraətçinin   ifasında  dinlənildi. Şagirdlər bu mövzuda divar qəzeti, rəsm nümunələri sərgilədilər, mövzu ilə bağlı gözəl şeirlər səsləndirdilər. S. Bəhram və Ə. Əsnadın ifasında maraqlı musiqi ifa olundu. Son olaraq hər bir şagird ananın ucalığı haqqında fikirlərini mesaj olaraq  səsləndirdilər. Ana müqəddəsdir. Analarımızın dəyərini bilmək hamımızın borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi