Şagirdlərimiz qalib oldular

Mayın 23-də Suraxanı rayonu "Gənclər evi"ndə Azərbaycan Xalq Cümhuriyyətinin 104 illik yubileyi ilə əlaqədar 226,101,208 nömrəli tam orta məktəblərin IX sinif şagirdləri arasında eyniadlı mövzunu əhatə edən "Bilik yarışı" keçirilib.Yarışda məktəbimizin IX sinif şagirdləri Ə. Rəhimə, B. Zəhra,Y. Nurlan, Ə. Ağahüseyn, M. Tuqay iştirak edərək "Zəfər " komandasını təmsil ediblər. "Zəfər" komandası yarışın bütün mərhələlərinı uğurla keçərək, mayın 26 da keçiriləcək finala vəsiqə qazanıblar. Şagirdlərimizə uğurlar!