27 Sentyabr - "Anım Günü" Vətən Sevgisi

 Yasamal rayonu T.Abbasov adına 225 N-li orta məktəbdə “27 Sentyabr- Anım Günü” münasibətilə məktəbin həyətində möhtəşəm bir tədbir keçirilmişdir.       Tədbirdə şagirdlərin vətənpərvərlik ruhunu əks etdirən rəsm işləri, özlərinin hazırladıqları maketlər, divar qəzetləri də öz əksini tapmışdır. “Anım Günü” ilə bağlı olan tədbirə Azərbaycan Respublikasının Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin, Cəbrayıl rayon şöbə sədri Qazi Səməd Atakişiyev, Azərbaycan Respublikasının şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin Fəxri üzvü Qazi Akif Yunusov, AzərbaycanTürkTv (online) Rəhbəri, vətənpərvər müğənni Aybəniz Çələbi, bəstəkar müğənni Arif Səlimov, Yasamal rayon MKS_nın Böyük Metodisti İradə Hüseynova iştirak etmişlər. Bu tədbir çoxsaylı məktəb kollektivinə bir daha vətənə olan sevginin, dəyərin, insan həyatı üçün böyük bir amil olduğunu aşıladı.

  Vətən uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, şəhidlik zirvəsinin şahidi olan qazilərimizə isə uca yaradandan sağlamlıq diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi