“Yaşıl dünya naminə həmrəylik ili”  və COP-29

    19.09.2024-cü il tarixində Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbdə VII və VIII siniflərin iştirakı ilə tədbir keçirilmişdir.

Ekoloji balansın qorunması,sağlamlaşdırılması, yaşıllıqların salınması və mühafizəsi, cəmiyyətdə təbiətə qayğını, o cümlədən yetişməkdə olan gənc nəslin təbiətə bağlılığını təmin edilməsi məqsədilə keçirilən tədbirdə şagirdlər “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP-29 tədbiri ilə bağlı geniş məlumatlar verərək digər şagirdlərində bu sahədə maariflənməsinə səbəb olmuşlar. Tərbiyə işləri üzrə direktor müavini Zenfira Nusalova çıxış edərək Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” ili nin ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasında böyük rol oynadığını, COP – 29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün çoxşaxəli müsbət tərəflərinin olduğunu bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi