"Bilik Günü" tədbiri

   16.09.2024-cü il tarixində Yasamal rayonu 225 N-li orta məktəbdə “Bilik Günü” tədbiri keçirilmişdir. Tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirildi,  şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktou Sevda Eminova, direktor müavini Zenfira Nusalova  və Icra hakimiyyətinin  nümayəndəsi Məmmədov Samir bütün şagirdləri  təbrik edərək onlara yeni tədris ilində uğurlar arzu etdilər. Yüksək balla ATM-ə daxil olmuş məktəbimizin məzunu qazandığı uğurlara görə məktəb direktoruna və müəllimlərə öz təşəkkürünü bildirdi. Eyni zamanda çıxış edən şagirdlər COP-29 və “Yaşıl Dünya naminə Həmrəylik ili” ilə əlaqədar olaraq öz fikirlərini bildirdilər. Məktəbə yeni qədəm qoyan birincilər öz sevinc və həyəcanlarını söylədikləri şerlərlə bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi