Azərbaycanda Dövlət Suverenliyi Günü

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dövlət Suverenliyi ilə bağlı mühüm sərənzam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20 –si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Respublikası B.M.T nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirərək torpaqlarımızın 20 faizini işğal etmişdir. Lakin 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın güclü ordusu Ermənistan ordusunu darmadağın edərək tarixi Zəfəri qazanmışdır. Bu Zəfər sayəsində bayrağımız suverenliyimizin bərpa olduğu bütün ərazilərdə dalğalandırıılmış, bu Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilmişdir.Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbin  şagirdləri ilk dərs  Azərbaycan Pespublikasının prezidenti İlham Əliyev tərəfindən imzalanmış 20 sentyabr Azərbaycanın Dövlət suverenliyi Günü sərəncamı ilə məlumatlandırılmış və bu barədə onlara geniş məlumat verilmişdir.   

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi