HAQQIMIZDA

225 nömrəli məktəb 1964-cü ildən fəaliyyət göstərir. 2011-ci ildə Dövlət proqramına əsasən məktəb Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunmuşdur. Paytaxtın nümunəvi təhsil ocaqlarından sayılan 225 nömrəli məktəb 2009-2010-cu tədris ilinin ən yaxşı məktəbi adına layiq görülüb. Dördmərtəbli, bir korpusludur. Məktəb iki növbəli və beş günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə dərslər Azərbaycan və rus bölməsində aparılır. Rəhbərlik 2002-2006-cı illərdə məktəb idarəetmə strukturunun öyrənilib tətbiq edilməsi ilə bağlı Türkiyədə 1 ay seminarda olmuşdur. Məktəbin İdarəetmə strukturu müəllim şurası, valideyn şurası və şagird şurasından ibarət komanda olaraq uğurlu fəaliyyət göstərir. Məktəbdə yapon dili və ərəb dili tədris olunur. “Təhsildə İKT-nin tətbiqi, bilik, təcrübə, texnologiya” adlı baxış sərgisində 4 müəllim iştirak edib, onlardan 2 nəfəri I və II yerlərə layiq görülmüşdür. Məktəbimizdə Vergilər Nazirliyinin Metodkabineti yerləşir. Vaxtaşırı keçirilən vergilərlə bağlı olimpiadalarda, müsabiqələrdə şagirdlərimizdən Pərviz Heydərov, Kənan Bağırov I və II dərəcəli diplomlara layiq görülmüşlər. • Məktəbin məqsədi – nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır. • 2011-ci ildə tarix müəllimi Vəliyeva Pəri ,2012-ci ildə isə məktəbin direktoru Sevda Eminova “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür • Respublika daxili əməkdaşlıq: Ekologiya Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, qeyri hökumət təşkilatı “Mülk İctimai Assosiasiyası” • Xarici əlaqələr: Yaponiya, Almaniya, Koreya, Rusiya, Gürcüstan • Məktəbin fəxrləri: Səməd Seyidov, Milli qəhrəman Fəxrəddin, şəhid Sədrəddin Seyidəliyev, şəhid Fərman Məlikov və məktəbin adını daşıyan şəhid Telman Abbasov.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi