Reproduktiv sağlamlıq

  15.04.2024-cü il tarixində Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbdə "Reproduktiv sağlamlıq nədir?" başlığı altında VII, VIII, IX sinif şagirdləri ilə görüş keçirilmişdir. Məktəbin Təşkilatı işlər üzrə direktor müavini Zenfira Nusalova , UBTR-i Gülnarə Hüseynova, məktəbin həkimi Ülviyyə Nəsirova və tibb bacısı Turac İsmayılovanın iştirakı ilə keçirilən iclasda məktəbin həkimi mövzu haqqında  ətraflı  məlumat vermişdir. Həkim şagirdləri səhiyyə sahəsində şagirdləri maraqlandıran  bütün suallara maarifləndirici cavab vermiş, narkomaniyanın insan həyatındakı mənfi rolu, yeniyetməlik dövründə insani münasibətlərin düzgün formalaşması, depressiv hallara insanı sövq edən amillər və onlarla mübarizə yolları və bunun kimi müxtəlif səpkili mövzulara toxunmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi