Böyük zəfərin başlanğıcı


    Yasamal rayon MKS –inin X.B. Natəvan adına 4 №-li kitabxana filialında  Aprel döyüşlərinin il dönümü ilə bağlı  “Böyük zəfərin başlanğıcı” başlıqlı tədbir keçirildi.
   Tədbirdə  filialın əməkdaşları, qazilər, kitabxananın oxucuları, T.Abbasov adına 225 №-li tam orta məktəbin şagirdləri iştirak edib.
    İlk öncə Vətən uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Dövlət Himni səsləndirildi.
    Tədbiri giriş sözü ilə filialın əməkdaşı Zərəngiz Mansurova açaraq bu günün əhəmiyyətindən danışdı.Bildirdi ki, tariximizdə  Aprel döyüşləri kimi yadda qalan bu şərəfli günü heç bir azərbaycanlı unutmayacaq.
     Filialın əməkdaşı Hilanə Babayevanın Aprel döyüşləri ilə bağlı hazırladığı videoçarx təqdim olundu.
    Çıxış edən qazilər  öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü.
    Filialın müdiri Aynur Babayeva gələn qonaqlara öz təşəkkürünü bildirdi. Vətənpərvərlik mövzusunun t ədbirlərimizin başında durduğunu və bunun bizim üçün şərəf olduğunu qeyd edib.
     Tədbirin bədii hissəsində gənc şair Elmar Sahib və filialın əməkdaşı Zərəngiz Mansurova , kitabxananın oxucusu Rahil Məmmədzadə vətənpərvərlik mövzusunda yazdığı şeirləri səsləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi