Məhəmməd Füzuli yaradıcılığı

   Yasamal rayonu T.Abbasov adına 225 N-li məktəbdə kitabxana müdiri Tahirə Zamanova və UBTR-i Gülnarə Hüseynovanın iştirakı ilə “Məktəblərdə Məhəmməd Füzuli ayı” ilə əlaqədar olaraq VIII-IX sinif şagirdləri ilə dəyirmi masa keçirilmişdir.  Tədbirdə iştirak edən şagirdlər görkəmili şairin “Bəngü-badə”, “Söhbətül-əsmar”, “Həfti-cam”, “Leyli və Məcnun” kimi böyük əsərləri haqqında geniş məlumat verərək şairin Azərbaycan ədəbiyyatında əvəzsiz və təkrarolunmaz biri olduğunu bildirmişlər. Məktəbin kitabxana müdiri Tahirə Zamanova şagirdləri məhəbbət şairi kimi tanınan M.Füzuli kitabları ilə yaxından tanış edərək onlarda milli-mənəvi dəyərlərin, dünyagörüşünün artması üçün daha çox mütaliə etmələrini məsləhət görmüşdür.

https://youtu.be/XztdCIbD6OA

https://youtube.com/shorts/WbtR7

https://youtube.com/shorts/Ahrz3EMF290

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi