31 Mart Azərbaycanlıların Soyqrımı Günü

   Azərbaycan xalqı uzun illər erməni vandalları tərəfindən şiddətə məruz qalmış, yaşlı, qadın, uşaq demədən xalqımızı  amansız işgələrə məruz qoymuşlar.  31 Mart Azərbaycanlıların soyqrımı günü də məhz erməni quldurları tərəfindən törədilmiş qətlyamlardan biridir. 1918 –ci ilin 30 mart və 3 aprel  tarixlərində daşnak erməni silahlı dəstələri Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvanda azərbaycanlılara qarşı qırğın törətmişdir. 31 Mart qurbanları amansız işgəncələrlə qətlə yetirililərək heç vaxt yaddaşlardan çıxmamaq məqsədilə tarixə böyük hərflərlə həkk olunmuşdur.

   Məhz bu məqsədlə məktəbimizin 8r  sinfi məktəbimizin tarix müəllimi Səbinə Həbibova, kitabxana müdiri Tahirə Zamanova və kitabxanaçı Nigar Sarıbalayevanın iştirakı ilə “31 Mart Azərbaycanlıların Soyqrımı” adlı tədbir keçirmişlər. Azərbaycanın dövlət himni ilə başlayan tədbirdə çıxış edən şagirdlər soyqrım haqqında geniş məlumat verərək ermənilərin tarix boyu Azərbaycanlılara qarşı törətdikləri soyqrımları heç vaxt unutmayacaqlarını  bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi