Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində məktəbimizdə təşkil olunan Şahmat Klubunun fəaliyyəti davam edir.

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində məktəbimizdə təşkil olunan Şahmat Klubunun fəaliyyəti davam edir.
İcra Planına uyğun olaraq yeniyetmə şahmatçılarımızı dərəcə uğrunda yarışa qatdıq. Qala qəsəbəsində təşkil olunan yarışda şahmatçılarımız artıq 2 aylıq layihə təlimlərindən sonra həyatlarında iık dəfə olaraq İsveçrə sistemilə təşkil olunan peşəkar yarışda iştiraka qatıldılar.
Xatırladak ki, Təhsil Nazirliyinin Layihəsinə cəlb olunmuş 20 yeniyetmə Şahmat Klubu çərçivəsində 3 ay ərzində şahmat haqqında həm nəzəri, həm praktiki bilik əldə edəcəklər.
Əziz yeniyetmə şahmatçılarımıza yalnız uğurlar və yüksək zirvələr arzulayırıq.