Müstəqillik günü ilə bağlı IX sinif şagirdləri ilə mühazirə
Müstəqillik günü ilə bağlı kitabxanamızda IX sinif şagirdlərimizə mühazirə söylədim. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktından, müstəqilliyimizin qazanmasında Azərbaycan xalqının Ümummilli Lideri, tarixi Şəxsiyyət Heydər Əliyevin rolundan, SSRİ Prezidenti Qorbaçyovun cinayətkar siyasətindən və 20 Yanvar soyqırımından, Konstitusiyamızdan, dünyanın ilk Konstitusiyası-ABŞ Konstitusiyasında və ABŞ vətəndaş müharibəsinin dayandırılmasında, ABŞnın müstəqillik haqqında Bəyannaməsinin qəbulunda Corq Vaşinqtonun tarixi rolunun Heydər Əliyevin Azərbaycandakı roluna oxşarlıqdan, müstəqil iqtisadiyyatımızdan, təhsildən, Əsrin Neft Kontraktlarından şagirdlərimizə məlumat verdim. Söylədim ki, dünyada 6-7 minə yaxın xalqlar,milliyyətlər var,lakin cəmi 193 xalqın BMT tərəfindən tanınan dövləti var. Bu xöşbəxt xalqlardan biri bizik.
Ümumtəhsil məktəblərində kurikulumun təlim metodlarında mühazirə nəzərdə tutulmur. Bu daha çox ali təhsil pilləsinə xas olan metoddur. Lakin mühazirəni söyləyərkən uşaqların baxışlarında ciddilik, yüksək zəka, intellekt və potensiallar gördüm. Baxmayaraq ki,mühazirə təxminən 1 saat yarım davam etdi,uşaqlar yorulmadı. Sual da verdilər:"müəllim,Qorbaçyov indi hardadır?". Sonra təşəkkür bildirənlər də oldu. Özü də bir neçə dəfə. Əvvəl çalışdığım məktəbdə tez-tez mühazirələrdən məlumat ötürmək üçün istifadə edirdim. Qərara gəldim ki,bu ənənəni burada davam edim. Bu və ya digər aktual, faydalı, məzmunlu mövzularda şagirdlərimizə məlumatlar ötürüm,məktəbimizdə digər təlim metodlarnan yanaşı mühazirə mədəniyyətini inkişaf etdirim. Ən vacib önəm:mühazirə dinləmək bacarığını inkişaf etdirir. Bu indiki yeniyetmələrə,gənclərə, zənnimcə, çox lazımdır.
Yeniyetmələr vacib, önəmli, ağıllı məlumatları müntəzəm almalıdır.
Hamıya uğurlar arzulayıram və bir daha bayramımız mübarək olsun söyləyirəm!