Siniflərin monitorinqi...

Siniflərin monitorinqi...
Xatırlayıram: 1 il öncə məktəbə yeni rotasiya olunanda məktəbli geyimdən tutmuş dəhlizlərdə gəzən şagirdlərə qədər vaxtımız, əsəbimiz, emerjimiz sərf olunurdu.
Məktəb olduqca rahatlanıb. Dərs başlayandan bir dəfə də olsun məktəbli geyimsiz şagird hələki gözümə dəyməyib (tək-tük hallarda üstdən geyilən jiletlərdən başqa).
Siniflərdə bütün şagirdlərin partalarında dərsliklər, dəftərlər var (ötən il xeyli şagird məktəbə dərsliksiz, dəftərsiz gəlirdi).
Dərslərdə canlanma var-şagirdlər lövhəyə çıxır, əl qaldırır, dərs danışır, sanki sentyabr, tədris ilinin əvvəli deyil,ilin ortasıdır- bir sözlə məktəb qaydaya düşür.
Ola bilsin bu kimi məktəb, bu durum kimlərəsə sərf etmir. Kiminsə "çürük" daxili aləmi, kiminsə məkirli planı, kimlərinsə eqoistik maraqları bu məktəbin inkişafını pozmaq istəyir. 
Lakin siniflərdə bu uşaqların, bu yeniyetmələrin, Azərbaycanın gələcəyi olan bu şagirdlərin simalarına, baxışlarına, gözlərinə baxaraq bir anlıq düşünürəm: nə yaxşı ki, siz uşaqsınız. Nə yaxşı ki, siz hələ həyatın acı tərəflərin görməmisiniz. Nə yaxşı ki,siz hələ bilmirsiz paxıllıq, xainliq, satqınlıq, düşmənçılıq, şərəfsizliq, alçaqlıq və s. nədir.
Nə yaxşı ki, sizləri cəmiyyətdə son vaxtlar "yağışdan sonra göbələklər" kimi artan pis, mənfi auralı, çürük, alçaq adamlar hələ pozmayıblar.
Allah sizləri bu kimi ünsurlardan və mənfilərdən qorusun əziz balalar, gələcəyiniz uğurlu olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi