Attestat blanklarının təhvil alınması mərhələsi gedir
Şənbə gününün qeyri-iş günü olmasına baxmayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin bütün əməkdaşları və məktəb direktorları iş başında olaraq məzun attestatların alınması, tərtib olunması və sonra şagirdlərimizə təqdim olunması prosesini həyata keçirirlər.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsilin xidmətində olan fədakar əməkdaşlarına, dəyərli həmkarlarıma bir təhsil işçisi, valideyn kimi təşəkkür edirəm.
Hər bir zaman, istirahətlərini düşünmədən şagirdlərimizə, seçdiyimiz peşəyə vicdanla xidmət edən bütün təhsil işçiləri qarşısında baş əyirəm.
VAR OLUN ƏZİZ HƏMKARLAR!