Tədris ilinin sonuncu Pedaqoji Şura iclası
Bu tədris ilinin sonuncu Pedaqoji Şura iclası keçirildi...
Tədris ili ərzində gördüyümüz işlər barədə hesabatlar verdik.
Növbəti tədris ilinə hazırlıqlıqla bağlı hədəflər və vəzifələr müəyyən olundu.
Hesab edirik ki, qısa müddətdə-9 ay ərzində məktəbdə olduqca çoxtutumlu, çoxhəcmli, məzmunlu, inzibati-təşkilati və digər vacib işlər görülüb.
Məktəbin zahiri estetik görünüşündən tutmuş, sənədləşməyə, tədris prosesinin təşkilinə, təlim-tərbiyə işlərinə, intizam qaydalarına, kurikulum standartlarının tələblərinə və s. tələblərə qədər işlər görülmüşdür.
İl ərzində, bəlkə bəzi hallarda insan fiziologiyasından kənar enerji sərf etdik, tam məsuliyyətimizlə özümüzü tapşırılan vəzifəyə fəda etdik.
Rəsmiyyətdən kənara çıxaraq qeyd etmək istəyirəm ki, fiziologiyanı heç də sözgəlişi qeyd etmədim: həqiqətən, səhhətimi istismar etdim, axşamlar evə yorğun, bəzən halsız gəlirdim, beyin çox yüklüdür, gərgindir, üstəlik naharsız işlədim (və işləməkdə davam edirəm, hal-hazırda da işdəyəm), çünki nahar etməyə məktəbdə nə şərait var, nə də zaman, ləkələmələr, şikayətlər, "altdan badalaqlar", öyrədilmiş valideynlər də bir tərəfdən.
6 günlük, iki növbəli, 2400 kontingenti olan, tədris prosesində, təlim-tərbiyə işlərində okean qədər problemləri olan bir məktəbi qısa müddətdə stabilləşdirmək, qaydaya salmaq vəzifəsi var idi qarşımda.
Hər bir günün, deyərdim, dəqiqənin də hökmü var idi mənim üçün. Çünki məktəbin qaydada olmamasında bu yeniyetmələrin, Azərbaycan balalarının heç bir günahını görmürdüm. Kiminsə səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından nə üçün cəmiyyətimizdə Dövlətimizə, Dövlət Başçımıza qarşı narazılıqlar olmalı, nə üçün biz savadsız, dünyagörüşsüz, tərbiyədən, mədəniyyətdən kənar "məhsul" yetişdirməliyik? Bəyəm, dövlət bizdən bunu tələb edir?
Sonra da şikayətlənək ki, avtobuslarda, parklarda və digər məkanlarda yerə zibil atan kim, avtoxuliqanlıq edən kim, musiqini bərk səslə dinləyən kim?
Təmannasız işlədim. Dövlətimdən və heç kəsdən məvacibimdən başqa heçnə istəmədim. Vicdanım qarşısında özümü pak, dürüst hesab edirəm. Eybi yox, qoy məni kosmosdan gələn kimi başa düşsünlər, kimsə bəyənsin, kimsə nifrət etsin, kimlərsə qıcıqlansın, lakin, kimlərəsə görə əqidəmi, daşıdığım soyadı təhlükə, söz-söhbət altına qoyan insanlardan deyiləm.
İl ərzində bizlərlə əməkdaşlıq edən və işlərimizə dəstək verən bütün Pedaqoji Heyətimizə, inzibati-texniki, rəhbər heyətimizə təşəkkür edirəm!!!!
İşləriniz uğurlu olsun!
İstirahətləriniz məzmunlu,mənalı olsun!
Canınız, səhhətiniz həmişə sağlam olsun!!!
Mənəvi,daxili aləminiz həmişə xöşbəxt olsun!
TƏŞƏKKÜRLƏR 22!!!!