Fərqlənən məzunlarla məktəb rəhbəri görüşdü

Fərqlənmə attestatlarına layiq görülən məzunları məktəbə dəvət edib görüşdük.
Təbrik edib, gələcək təhsil pillələrində uğurlar arzulayaraq səmimi etiraf etdik ki, 260 məzunu olan (IX-XI) məktəb üçün cəmi 3 nəfərin fərqlənmə attestat alması təhsilin keyfiyyətindən və təhsilalanların bilik səviyyələrindən bizə həyyəcan siqnalı verir.
Məktəbin tədris prosesində və təhsil keyfiyyətində hələ görüləcək işlər çoxdur. 
Kimlərinsə öz peşələrinə, dövlətimizin onlara həvalə etdiyi vəzifələrinə məsuliyyətsiz yanaşması ucbatından yeniyetmələr, gənclər, nəticədə bir nəsil əziyyət çəkir. Bu qədər savadsız kütləni yetişdirən ümumtəhsil müəssisəsi çox ciddi düşünməlidir.
Hər halda hər bir məzunumuza gələcək həyatlarında yalnız xöşbəxt anlar, və bilik bazalarının artırılmaqda davam etdirilməsini arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi