Məktəbdaxili qiymətləndirmə strategiyamızda inqilab!
Məktəbimizin qiymətləndirmə strategiyasında artıq inqilabi dəyişikliklər baş verir: 127 şagirdə 519 Yay-tədris Tapşırığı hazırlandı. Pedaqoji Şurada təsdiq olunub valideynlərə təqdim olunacaq. Bu tapşırıqların imzalaması və möhürlənməsi (hər biri 3 nüsxədə) yorucu olsada, səmimi deyim, qarşıda ümumi məktəb işinin müsbət nəticələrini görərək mənəvi yorğunluq hiss etmədim.
Bu o deməkdir ki, 519 "qeyrikafi" qiymətləndirmə aparılıb.
Ümumilikdə 2017-2018 tədris ilinin qiymətləndirmə statistikamız aşağıdakı kimidir:
Bütün fənnlərdən məktəb üzrə cəmi 27 463 qiymətləndirmə aparılıb.
Məktəb üzrə "5" qiymətinin sayı 10004 ədəd = 24%;
"4" qiymətinin sayı 8560 ədəd = 28%;
"3" qiymətinin sayı 8342 ədəd = 28%;
"2" qiymətinin sayı 557 ədəd = 20%.
Əlaçıların sayı -412 nəfər= 18%;
9-cu siniflər üzrə əlaçıların sayı= 4 nəfər;
11-ci siniflər üzrə əlaçıların sayı = 1 nəfər.
Məktəbimizin son illərin təcrübəsində ilk dəfədir ki, "2" (qeyrikafi) qiymətləndirmə bu sayda tətbiq olunub. Şişirdilmiş qiymətləndirmə metodikasına son qoymaq qərarına gəldik.
Reytinq siyahısında 279-cu yerdə olan məktəbin qiymətləndirmə siyahılarında əvvəllər yalnız müsbət qiymətlərin olması təhsilin və tədris prosesinin "keyfiyyətindən" və pedaqoji heyətin "məsuliyyətindən" xəbər verirdi.
Tədris ilinin başlanğıcında və sonrakı Pedaqoji Şuraların iclaslarında çağırışlarımıza dəstək verən hər bir müəllimə təşəkkür edirik.
Həmişə qeyd etdiyimiz kimi, bu gün də qeyd edirəm: hədəf şagird deyil, hədəf təhsilin keyfiyyətidir. Saxta, qeyriobyektiv, qeyriədalətli qiymətlərlə təhsil keyfiyyətindən söhbət gedə bilməz. Nəticədə, bu sistem şagirdin bilik almasına, müəllimin məsuliyyətli təhsil verməsinə xidmət edəcək.