Olimpiada uğurumuz!
Əziyyətlərimizin bəhrəsi: Məktəbimizin UĞURU!
IV məktəblilərarası Respublika Fənn Müsabiqələrinin nəticələrinə əsasən məktəbimizin 3 şagirdi FİNAL mərhələsinə vəsiqə qazanmışdırlar.
İşlərimizin çox olmasına baxmayaraq (həmin şagirdlər və onların valideynləri iş otağımda əyani bunun şahidi oldular) zaman tapıb bu şagirdləri görüşə dəvət etdik.
1 nəfər Bakıdan kənar olan 7c sinfinin şagirdi Şəms Rzayeva istisna olmaqla, 6a sinfinin şagirdi Fərizə Rzazadə və 7a sinfinin şagirdi Fidan Salayeva öz valideynləri ilə görüşümüzə gəldilər.
Səmimi ürək sözlərimizi,tövsiyyələrimizi bildirdik.
Uşaqlara gələcək təhsillərində, fəaliyyətlərində uğurlar arzuladıq.
Valideynlər öz növbəsində ürək sözlərini bildirdilər.
Tərbiyələrində və intizamlarında problem olan şagirdlərin çox olmasından gileyləndilər. "Onlar oxumaq istəyən uşaqlara maneə olur. Mən onların əlindən uşağımı liseyə aparmaq istəyirəm."
Bu sahədə məktəb direktorunun fəaliyyətini dəstəklədiklərini bildirdilər.
Burada qeyd etməli oldum: "Mən nə qədər çalışsam da həmin şagirdləri intizama, tədris prosesinə tabe edim, tək əldən səs çıxmaz. Çox sag olun ki, deyirsiniz ki, dəstəkləyirsiz. Lakin ən yaxşı dəstək valideynlər özləri öz aralarında həmin intizamsız şagirdlərin valideynlərinə qarşı edə bilər.Toplanın, həmin valideynləri dəvət edin,sözünüzü deyin. Biz dəvət edirik,deyirik,nəticə ürəyimizcə olmur, Açıq Qapıda həmin valideynləri görmürük.Onlar sanki bu uşaqlarını internat məktəbə veriblər. Maraqlanmırlar. Mən həmin valideynlərin bu səhlənkarlıqlarını başa düşmürəm,bu,bilmək istəyirsinizsə,cinayətdir.Təhsil almaq istəyən, bilikli, tərbiyəli, intizamlı şagirdlər,mən həmişə siniflərə daxil olaraq bunu dəfələrlə bəyan etmişəm:həmin şagirdlər mənim dostlarımdır.Onların arxasında dayanmışam,onlar üçün əlimdən gələni edirəm və edəcəm. Bax bu olimpiada bu məktəbdə çox olub. Amma artıq 1-ci dəfədir ki, 3 şagirdimiz uğur qazanıb. Ona görə ki,bu məsələyə ciddi,total nəzarət edib,tələb edirəm.Mən bu oxuyan uşaqların haqqına girənləri Azərbaycanın,təhsilin düşmənlərı adlandırıram.Nə qədər məni ləkələməyə, maneə törətməyə çaışsalarda, altdan-altdan işlərimi pozmağa cəhd etsələrdə -mən bu uşaqları müdafiə edəcəm.Təəsüf edirəm ki, hələdə, hətta müəllimlər arasında fərqli düşünənlər var. Şişirdilmiş, saxta,yalançı qiymət yazan müəllimlər var.Guya onlar yaxşılıq edir. Amma uşaqları, təhsili uçuruma aparırlar. 9 il saxta qiymət yazan məktəbin reytinq nəticələri necə yaxşı ola bilər? Bu sahəni də qaydaya salırıq. Eybi yox,qoy narazı olanlar olsun. Amma başqa yolumuz yoxdur. Dövlət bizdən məktəbin yerləşdiyi ərazidən asılı olmayaraq, istər mərkəzdə,istər əyalətdə-keyfiyyətli təhsil verən məktəb tələb edir. Bizdə bunu etməliyik....".
Şagirdlərlə xatirə şəkilləri çəkdirəndə baxışlarından,gözlərindən hiss etdim ki, bu uşaqlar gələcəkdə Azərbaycanın, cəmiyyətimizin ən nümunəvi vətəndaşlarından biriləri olacaqlar.
Uğurlar əziz şagirdlər,hörmətli valideynlər!