Çoxfunksional məktəb modelinin qurulması işləri davam edir

Çoxfunksional məktəb modelinin qurulması işləri davam edir.
"İnfrastrukturu zəif olan ərazidə məktəblilər üçün şahmat klubunun yaradılması" adlı layihənin məktəbimizdə reallaşması barədə bir qrup valideynlərlə məktəb rəhbərinin görüşü.
Layihə barədə məlumat verildi.
Layihəyə cəlb olunmaq arzusunda olan 20 şagirdlərin valideynlərindən ərizələr qəbul edildi.
Layihəyə dəstək verən Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə təşəkkür edirik.
Hesab edirik ki, məktəb uşaqların fizioloji, psixoji və adaptiv xüsusiyyətlərini mütləq nəzərə almalıdır, onların məktəbdənkənar fəaliyyətlərinə diqqət yetirməli, həmin fəaliyyət növlərini mümkün qədər məktəbdə təşkil etməlidir (rəsm,rəqs,musiqi,şahmat və s.).
Statusların birində inkişaf etmiş dövlətlərin təhsil modelləri haqqında məlumat verərkən, Yaponiya təcrübəsini nəzərlərinizə çatdırmışdım: həmin ölkədə orta ümumtəhsil müəssisələrdə-məktəblərdə tədris prosesinin 60-70% dərsdən (başa düşülür nəzəriyyədən) kənar fəaliyyətlərə verilir: mühəndislik, texnologiya, rəsm,musiqi, idman dərnəkləri.
Əminik, şahmat klubunun yaradılması uşaqlarda arifmetik hesablama qabiliyyətlərini,məntiqi düçüncəni, hiperaktiv uşaqlarda oturaqlıqlığı,səbrliyi,əvvəl düşünüb,sonra hərəkət etmələrini,nəhayət,alimlərin rəylərinə görə,riyaziyyat fənninə massiv dəstək-təkan verilməsini inkişaf etdirəcək.
Valideynlər təqdimatımızdan çox razı göründülər, yayın, istinin, tətilin olmasına baxmayaraq, görüşə həvəslə gəldilər, yeri gəlmişkən, məktəbimizdəki son 7-8 ayda baş verən islahatları,dəyişiklikləri yüksək qiymətləndirdilər.
Lakin,hörmətli valideynlərimizin sonuncu münasibətləri təşəkkürə layiq olsada, məktəb rəhbəri kimi, ümumi işlərimizdən hələ razı qalmadığımı, məktəbdə hələ çox işlərin görülməsi labüdlüyünü xüsusilə vurğuladım.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi